Yuxarı

Rusiyada bəzi elektrik avadanlıqlarının istifadəsi qadağan edilə bilər

Rusiyada bəzi elektrik avadanlıqlarının istifadəsi qadağan edilə bilər

Rusiya Dövlət Dumasının qəbul etdiyi qanuna görə, bundan sonra ölkədə istifadə olunan bütün smartfonlar, kompüterlər və "ağıllı televizorlar" yerli proqramlarla təchiz olunmalıdır, əks təqdirdə onların istifadəsi qadağan ediləcək. 

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Bununla belə, qanunun qüvvəyə minməsi üçün Rusiyanın Federasiya Şurası və prezident Vladimir Putin onu təsdiqləməlidir. 

Xatırladaq ki, Rusiyada satılan xarici telefonlarda yerli axtarış və mesajlaşma tətbiqlərinin yüklənməsi bir müddət əvvəl də müzakirə olunub. Yerli texnologiya şirkətləri təşəbbüsü dəstəkləsə də, "Apple", "Samsung" və "Huawei" təşəbbüsün əleyhinə çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi