Rusiyada bankomatlar müştəriləri üzdən tanıyacaq

Rusiyada bankomatlar müştəriləri üzdən tanıyacaq Bu üsuldan "Sberbank", VTB, "Rosbank" və "Binbank" istifadə etmək niyyətindədir
İKT
25 May , 2017 04:58
Rusiyada bankomatlar müştəriləri üzdən tanıyacaq

Bakı. 25 may. REPORT.AZ/ Rusiya bankları öz bankomatlarında üzdən tanıma sistemi tətbiq etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat əldə edib.

Nəşr yazır ki, bu sistem sayəsində müştərinin rəqəmli parolu olan kartdan istifadə etməsinə gərək qalmayacaq. Bir bankomatın yenilənmiş tanıma sistemi ilə təchiz edilməsi üçün 500-1000 dollar tələb olunur.

Bu üzdən tanıma üsulundan "Sberbank", VTB, "Rosbank" və "Binbank" istifadə etməyi planlaşdırır.

Son xəbərlər

Orphus sistemi