Rusiya məlumatları açıqlamayan "Telegram" messencerini cərimələyib

Rusiya məlumatları açıqlamayan "Telegram" messencerini cərimələyib Federal Təhlükəsizlik Xidmətini 6 telefon nömrəsi maraqlandırır, "Telegram" isə məlumatları açıqlamır
İKT
16 Oktyabr , 2017 15:41
Rusiya məlumatları açıqlamayan Telegram messencerini cərimələyib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Moskvanın Meşansk məhkəməsi "Telegram" messencerini Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) istifadəçilərin yazışmaları haqqında informasiya vermədiyi üçün 800 min rubl (təxminən, 14 min dollar) məbləğində cərimələyib.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məluamta görə, messencerin nümayəndələri məhkəmənin qərarına 10 gün ərzində etiraz edə bilərlər. Bu, icra edilməsə, "Telegram"a məlumatların açılmasına dair edilən tələbi yerinə yetirməsi üçün 15 günü qalacaq.

Sentyabrın sonunda "Telegram"ın təsisçisi Pavel Durov bildirmişdi ki, FTX istifadəçilərin məlumatlarının açılmasına dair tələbi yerinə yetirməməsi ilə bağlı şirkətə qarşı inzibati protokol tərtib edib.

Məlumata görə, FTX-ni 6 telefon nömrəsi maraqlandırır. 

Messencer Rusiya hökumət nümayəndələri ilə əməkdaşlıqdan imtina edəcəyi təqdirdə, proqramın ölkədə bloklanacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi