Riçard Şirer: "Bakcell" hazırkı iqtisadi vəziyyətin öhdəsindən rəqibləri ilə müqayisədə daha yaxşı gəlir

Riçard Şirer: "Bakcell" hazırkı iqtisadi vəziyyətin öhdəsindən rəqibləri ilə müqayisədə daha yaxşı gəlir "Müştərilərin sayı azalmayıb, sadəcə bəzi müştərilər xərcləri azaldıblar"
İKT
16 Fevral , 2016 15:50
Riçard Şirer: Bakcell hazırkı iqtisadi vəziyyətin öhdəsindən rəqibləri ilə müqayisədə daha yaxşı gəlir

Bakı. 16 fevral. REPORT. AZ/ "Bakcell" hazırkı iqtisadi vəziyyətin öhdəsindən rəqibləri ilə müqayisədə daha yaxşı gəlir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakcell"in prezidenti Riçard Şirer bildirib. O qeyd edib ki, cari iqtisadi şəraitdə "Bakcell"in müştərilərinin sayı azalmayıb, sadəcə bəzi müştərilər xərcləri azaldıblar. 

"Müştərilərimizin əksəriyyətinin bir neçə simkartı var. Amma biz onların daha çox "Bakcell"ə vəsait xərclədiklərini müşahidə edirik", - R.Şirer əlavə edib.

Son xəbərlər

Orphus sistemi