“Report”un mobil əlavəsi istifadəyə verilib

“Report”un mobil əlavəsi istifadəyə verilib Yeni mobil əlavəni “Google Play”dən pulsuz yükləmək mümkündür
İKT
27 Oktyabr , 2015 15:52
“Report”un mobil əlavəsi istifadəyə verilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Report” İnformasiya Agentliyinin əsas veb-resursu olan www.report.az saytının mobil əlavəsi istifadəyə verilib.

"Android" platforması üçün nəzərdə tutulmuş “Report” mobil əlavəsi Azərbaycan, rus və ingilis dillərində smartfonlar və planşetlərdə xəbərlərin daha rahat izlənilməsinə şərait yaradacaq. Yeni mobil əlavəni “Google Play”dən bu linkdən pulsuz yükləmək mümkündür. 

Mobil əlavənin fərqli xüsusiyyətlərindən biri ən təcili xəbərlər barədə bildiriş almaq imkanıdır.

Qeyd edək ki, tezliklə “Report”un iOS platforması üçün də mobil tətbiqinin istifadəyə verilməsi gözlənilir.

Gündəlik aktual xəbərlər, daima yenilənən valyuta məzənnələri, ölkənin regionlarının hava haqqında məlumatlarından əlavə, “Report”un mobil əlavəsinin istifadəçiləri analitik yazılar, təhlil və şərhlər, video və foto materiallar ilə 7 gün 24 saat tanış ola bilərlər. Müvafiq servisin köməyi ilə istənilən xəbəri dərhal sosial şəbəkələrdə paylaşmaq mümkündür. “Report”un yeni məhsulunda ən müasir yanaşmalar tətbiq edilib, interfeys sadə və rahatdır, müxtəlif tənzimləmələr isə bütün "Android" platformalı istifadəçilərin maraqlarını nəzərə almağa imkan verir.

“Report” İnformasiya Agentliyi 2014-cü ildə fəaliyyətə başlayıb. Agentlik www.report.az saytı və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən www.report.az saytının “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.

Son xəbərlər

Orphus sistemi