“Report”u təmsil edən komanda “Nar”ın təşkil etdiyi intellektual yarışmada II yeri tutub

“Report”u təmsil edən komanda “Nar”ın təşkil etdiyi intellektual yarışmada II yeri tutub Azərbaycanın mobil operatorlarından biri - “Nar” 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə 35 media orqanını təmsil edən 80 nəfəri intellektual yarışmada bir araya toplayıb.
İKT
22 İyul , 2019 17:29
“Report”u təmsil edən komanda “Nar”ın təşkil etdiyi intellektual yarışmada II yeri tutub

Azərbaycanın mobil operatorlarından biri - “Nar” 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə 35 media orqanını təmsil edən 80 nəfəri intellektual yarışmada bir araya toplayıb.

“Report” xəbər verir ki, yarışmada 15 komanda iştirak edib.

Yarışma iştirakçılarına 7 tur boyunca ümumi biliklərlə yanaşı, milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlik dərəcələrində suallar verilib. I yeri “Komanda” komandası, II yeri “Report” İnformasiya Agentliyini təmsil edən komanda, III yeri isə “Azxəbər” komandası tutub. “Nar” qalib komandalara xüsusi hədiyyələr təqdim edib.

“Bu gün Həsən bəy Zərdabinin davamçıları olaraq sizi intellektual yarışda bir arada görməkdən böyük qürur hissi duyuram. İctimaiyyətin məlumatlandırılmasına, maarifləndirilməsinə, düzgün dəyərlərin təbliğinə yönəlik əvəzsiz əməyiniz üçün “Nar” adından bütün media nümayəndələrinə təşəkkür edir, məsuliyyətli və şərəfli peşə yolunuzda uğurlar diləyirəm”, - deyə “Nar” əmtəə nişanının sahibi - “Azerfon” MMC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov tədbirdə bildirib. 

Son xəbərlər

Orphus sistemi