"Red Bull Mind Gamers" yarışmasının seçim mərhələsi Azərbaycan üçün açılıb

"Red Bull Mind Gamers" yarışmasının seçim mərhələsi Azərbaycan üçün açılıb "Report" İnformasiya Agentliyi tədbirin baş media tərəfdaşı qismində çıxış edir
İKT
10 Yanvar , 2017 13:29
Red Bull Mind Gamers yarışmasının seçim mərhələsi Azərbaycan üçün açılıb

Bakı. 10 yanvar. REPORT.AZ/ "Red Bull Mind Gamers" beynəlxalq intellektual yarışmasının seçim mərhələsi artıq Azərbaycan üçün açılıb.

"Red Bull Azerbaijan"dan "Report"a daxil olan məlumata görə, "Redbullmindgamers.com" veb-saytında ən yaxşı nəticə göstərən 30 oyunçu, öz komandalarını yığıb (4 nəfərdən ibarət), fevralın 3-5-də yerli seçim turunda iştirak etmək şansını qazanacaqlar.

Ən yaxşı nəticə əldə edən milli komanda bu ilin martında Budapeştdə (Macarıstan) keçiriləcək yarışmanın dünya finalında yarışacaq və son “Escape Room”dan çıxışı tapmağa çalışacaq. Eyni zamanda, nəticələrin ümumdünya onlayn siyahısında 4 ən yüksək nəticə göstərən oyunçular "Mission: Unlock Enoch" dünya finalına “Wildcard” qazanaraq bütün milli komandalarla mübarizə aparacaqlar.

“Escape Room” - otaqda bağlanmış oyunçular müxtəlif elementlərdən istifadə edib, bir sıra tapmacaların həllini tapıb azadlığa çıxmaq üçün mübarizə aparmalı olduqları bir macəra oyunudur. Onlayn yarışmanı və real həyatda keçirilən tədbirləri özündə cəmləşdirən turnir, iştirakçıların intellektini, məntiqini və yaradıcılığını onlayn oyunlarla sınayır.

Bu oyunun yaradıcısı olan “Playful Solutions” şirkətinin banisi, Konstantin Mitquçun da kvestlərin böyük həvəskarıdır: "Kvestlərin həlli - şən prosesdir, amma müxtəlif mədəniyyətlərdə oyunçular özünü cürbəcür aparırlar. Məsələn, Asiyada “Escape Room”ların çoxları demək olar ki, həlledilməzdir, Avropada oyunçular 3-5 ip ucu almağı xoşlayırlar, amma ABŞ-da oyunçular əyləncə aspektinə fokuslanmağı daha çox sevirlər. Buna baxmayaraq, bizim marağımız məsələlərin kollektiv şəklində həllidir və bu, bütün mədəniyyətlər üçün aydındır".

Məntiqini sınamaq və özünü sonuncu “Escape Room”dan çıxarmağa cəhd etmək üçün onlayn seçim mərhələsini (http://win.gs/mgaze) keçmək lazımdır.

Bu gün üçün ən yaxşı nəticə 2 dəqiqə 15 saniyədir.

"GoPro", "Huawei Mobile", Azərbaycan Təhsil Nazirliyi, "Technote.az" yarışmanın rəsmi tərəfdaşlarıdır.

Qeyd edək ki, "Report" İnformasiya Agentliyi tədbirin baş media tərəfdaşı qismində çıxış edir.

Son xəbərlər

Orphus sistemi