Yuxarı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Latviya səfiri ilə görüşüb

Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs ilə görüşüb.

“Report” bu barədə Nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə ölkələrimiz arasında telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, bu il Azərbaycanda keçiriləcək 26-cı “Bakutel-2020” Telekomunikasiya, Innovasiya və Yüksək Texnologiyalar sərgisində Latviya pavilonu adı altında ölkənin innovasiya sahəsində nüfuzlu şirkətlərinin və startapların təmsil olunacağı əsas müzakirə mövzusu olub.

Eyni zamanda hava daşımaları, dəniz və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi