Yuxarı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri ABŞ nümayəndə heyətini qəbul edib

​Ramin Quluzadə ABŞ nümayəndə heyətini qəbul edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Bakıda keçiriləcək Dünya Dini Liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizə səfərə gələn ABŞ-ın 5 qərb ştatının seçkili orqanlarını təmsil edən nüfuzlu üzvlərdən ibarət nümayəndə heyəti arasında görüş keçirilib. 

Bu barədə “Report”a Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.

Qurumda baş tutan görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyi ilə Nazirlik arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti görüş çərçivəsində nəqliyyat və İKT sahəsində, eyni zamanda ikitərəfli münasibətlərin inkişafı və müxtəlif sahələr üzrə potensial əməkdaşlıq haqqında da danışıblar.

Qonaqlara ölkəmizdə bu sahədə həyata keçirilən layihələr və görülən işlər barədə geniş məlumat verilib, senatorları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi