Yuxarı

​Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivi yaradılıb

Yeni qurum Nazirliyin kargüzarlıq sahəsində başa çatdırılmış sənədlərinə nəzarət edəcək

Bakı. 26 avqust. REPORT.AZ/ Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Arxivi yaradılıb. Nazirlikdən "Report"a daxil olan xəbərə görə, Arxiv Nazirliyin kargüzarlıq sahəsində başa çatdırılmış sənədlərinin (elektron sənədlərinin) dövlət nəzarətinə verilməsi, qeydiyyatı, saxlanılması, mühafizəsi və istifadə edilməsi məqsədilə yaradılır.

Mərkəzi Arxiv Nazirlik tərəfindən təsdiq edilmiş plan üzrə işləyir və öz fəaliyyəti üzrə ona hesabat verir. Arxiv kargüzarlıq sahəsində başa çatdırılmış, Nazirliyin Aparatının struktur bölmələrinin fəaliyyəti nəticəsində meydana çıxan sənədləri (elektron sənədlər), Nazirliyin sələfi olan orqanın (orqanların) sənədlərini, varisləri olmayan və birbaşa Nazirliyə tabe olan, ləğv edilmiş qurumların sənədləri, Azərbaycan Milli Arxiv İdarəsi ilə razılaşdırılmış və Nazirliyin rəhbərliyi tərəfindən təsdiq edilmiş siyahı üzrə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların kargüzarlıq xidməti tərəfindən başa çatdırılmış, müvəqqəti və daimi saxlanılmalı olan sənədləri, Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların şəxsi heyəti barədə sənədlər (saxlama müddəti 75 il olanlar), Nazirliyin görkəmli xadimlərinin şəxsi fondu və sənədləri Mərkəzi arxiv fondlarının tərkibini və məzmununu açıqlayan elmi sorğu aparatı (təsvirlər, kataloqlar, göstəricilər, müşahidələr və s.) və Nazirliyin Aparatının fəaliyyəti zamanı meydana çıxan elmi-texniki və digər xarakterli xüsusi sənədləşdirmə, həmçinin arxivin elmi tədqiqat və informasiya-sorğu işinin aparılması üçün lazım olan arxiv sənədlərini (arxivin elektron sənədlərini) tamamlayan çap nəşrləri və digər materialları saxlayır.

Mərkəzi Arxivin yaradılmasında məqsəd göstərilən sənədlərin (elektron sənədlərin) dövlət nəzarətinə verilməsi, qeydiyyatı, saxlanılması, mühafizəsi və istifadə edilməsi, dövlət tərəfindən saxlanılmağa aid edilən sənədlərin (elektron sənədlərin) müəyyən olunmuş qaydada dövlət arxivinə təhvil verilməsi üçün hazırlanmaqdan ibarətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi