Yuxarı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "e-Hökumət" portalında ən çox 4 xidmətdən istifadə edilib

Bunların arasında ən çox Telefon nömrəsi üzrə axtarış xidmətindən istifadə olunur

Bakı. 12 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlər arasında bu ilin yanvar ayında ən çox 4 e-xidmətdən istifadə edilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, bu, "Telefon nömrəsi üzrə axtarış", "Mobil cihazların qeydiyyatdan keçirilməsi", "Mobil cihazların IMEI kodunun yoxlanılması" və "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" xidmətləridir.

“Telefon nömrəsi üzrə axtarış” xidməti 76 627 istifadə sayına görə ilk pillədə yer alıb. İstifadəçilər “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 59 455, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 39 327, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən isə 21 160 dəfə faydalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi