Yuxarı
    Bağlamaq

    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin büdcəyə borcu 3 dəfə artıb

    Bu, nazirliyin strukturuna daxil olan müəssisələr üzrə məcmu öhdəliklərdir

    Bakı. 28 may. REPORT.AZ/ Ötən il ərzində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sisteminə daxil olan müəssisələr üzrə dövlət büdcəsinə olan borcların həcmi 2,8 dəfə artaraq 5 971,2 min manat, artıq ödəmənin həcmi isə 0,3% artaraq 3 542,8 min manat təşkil edib.

    "Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində qeyd olunub.

    Bundan başqa, hesabat dövründə sistemə daxil olan müəssisələr üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2013-cü illə müqayisədə 14,9%, 2014-cü illə müqayisədə isə 14,3% artaraq 37 393,1 min manatadək yüksəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi