Yuxarı
    Bağlamaq

    İsrail səfiri ​Rabitə və Yüksək Texnologiyalar Nazirliyində olub

    Görüşdə kibertəhlükəsizlik məsələsi sahəsinin gələcək əməkdaşlıq istiqamətlərində yer almasının zəruriliyi bildirilib

    Bakı. 19 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz və İsrailin dövlət qurumunda kibertexnologiyalar və kompüter proqramları departamentinin rəhbəri İris Zur Bargury ilə görüş keçirilib.

    “Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan-İsrail münasibətlərinin bütün sahələrdə, o cümlədən İKT sahəsində hazırkı səviyyəsinin razılıq doğurduğu, “Azərbaycan hökuməti və İsrail hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsaslanaraq davam etdirildiyi qeyd olunub.

    Tərəflərin müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə müvəffəq olduqlarını nəzərə çatdıran İsrail səfiri bu münasibətlərin inkişafında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsinin özünəməxsus çəkisi ilə seçildiyini qeyd edib. Xanım İris Zur Bargury isə İsrail təhsilində tətbiq edilən kiber və kompüter proqramlarından söz açaraq, bu sahədə qazandıqları uğurlu təcrübələri Azərbaycanla bölüşməyə hazır olduqlarını söyləyib.

    Görüşdə kibertəhlükəsizlik məsələsinin aktuallığı nəzərə alınaraq, bu sahənin gələcək əməkdaşlıq istiqamətlərində yer almasının zəruriliyi bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi