​Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edəcək

​Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edəcək Ətraf rayonların da sakinləri görüşdə iştirak edə bilərlər
İKT
23 Aprel , 2015 10:31
​Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun aprelin 24-də saat 15:00-da Salyan rayonunda (Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi