Rabitə və yüksək texnologiyalar nazirinin yeni birinci müavini təyin edilib

Rabitə və yüksək texnologiyalar nazirinin yeni birinci müavini təyin edilib O, Heydər Əliyev Fondunda Departament direktoru vəzifəsində çalışıb
İKT
25 Noyabr , 2015 14:03
Rabitə və yüksək texnologiyalar nazirinin yeni birinci müavini təyin edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, sərəncamla Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, o, hazırda nazirliyin kollektivi ilə iclas keçirir.

Qeyd edək ki, buna qədər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsini İltimas Məmmədov icra edib, hazırda isə o, müvəqqəti olaraq nazirin vəzifələrini icra edir.

R.Quluzadə isə Heydər Əliyev Fondunda İşlər Departamentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən R.Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

R.Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi