Rabitə və yüksək texnologiyalar naziri Ucarda vətəndaşları qəbul edəcək

Rabitə və yüksək texnologiyalar naziri Ucarda vətəndaşları qəbul edəcək Görüşdə Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri iştirak edə bilər
İKT
9 İyul , 2015 12:16
Rabitə və yüksək texnologiyalar naziri Ucarda vətəndaşları qəbul edəcək

Bakı. 9 iyul. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iyul ayının 10-u saat 11:00-da Ucar rayonunda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır. Qəbulda Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri iştirak edə bilər.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi