Yuxarı
    Bağlamaq

    Rabitə və yüksək texnologiyalar naziri Sumqayıtda vətəndaşlarla görüşəcək

    Görüşdə Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının da sakinləri iştirak edə bilərlər

    Bakı. 23 yanvar. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yanvarın 27-də saat 12:00-da Sumqayıt şəhərində Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar ilə görüşəcək.

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

    Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün: Sumqayıt şəhərində 018 6554599, Abşeron rayonunda 012 3410499, Qubadlı rayonu üzrə 018 6483392, Şuşa rayonu üzrə 012 4584688 və Zəngilan rayonu üzrə 012 4326166 nömrəli telefonlara zəng etmək lazımdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi