Nazir Şirvan Regional Poçt Filialının Müştəri Xidmətləri Mərkəzi ilə tanış olub

Nazir Şirvan Regional Poçt Filialının Müştəri Xidmətləri Mərkəzi ilə tanış olub Mərkəz Dünya Bankının "Maliyyə xidmətlərinin inkişafı Layihəsi" çərçivəsində yenidən qurulub
İKT
30 Yanvar , 2015 16:38
Nazir Şirvan Regional Poçt Filialının Müştəri Xidmətləri Mərkəzi ilə tanış olub

Bakı. 30 yanvar. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Şirvan şəhərində Dünya Bankının (DB) nümayəndələrinin iştirakı ilə yenidən qurulan Şirvan Regional Poçt Filialının (RPF) Müştəri Xidmətləri Mərkəzi (MXM) ilə tanış olub. 

"Report"un Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Mərkəz DB-nin "Maliyyə xidmətlərinin inkişafı Layihəsi" çərçivəsində yenidən qurulub.

Tədbirdə bu layihə çərçivəsində Azərbaycanın şəhər və regionlarında əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışın təmin edilməsi ilə bağlı nazirə və qonaqlara məlumat verilib.

Bu istiqamətdə Şirvan RPF-də Qafqaz regionunda analoqu olmayan MXM yaradılıb. Yeni yaradılan Mərkəzdə bank və maliyyə xidmətləri ilə yanaşı, məktub, bağlama və banderol, teleqram, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcıları və digər kommunal xidmət haqlarının yığılması, istənilən ölkəyə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi təmin edilir.

Bundan əlavə, poçt rabitəsi sahəsində ilk dəfə olaraq MXM-də valideynləri ilə gələn uşaqlar üçün istirahət guşəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi