Yuxarı

Rabitə və yüksək texnologiyalar naziri Şəmkirdə vətəndaşları qəbul edəcək

Qəbulda Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının sakinləri iştirak edə bilər

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 30-da, saat 15:00-da Şəmkirdə vətəndaşları qəbul edəcək. 

Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib. 

Məlumata görə, qəbulda Şəmkir rayonu ilə yanaşı, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının sakinləri də iştirak edə bilərlər. Nazir vətəndaşlara göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə müraciətlərə baxacaq. 

Qəbulda iştirak etmək istəyənlər mincom@mincom.gov.az - elektron poçt ünvanı, 1655 - Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlaya bilərlər. Eyni zamanda qəbula gəlmək istəyənlər zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi