Yuxarı
    Bağlamaq

    ​Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşəcək

    Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin müraciətləri dinləniləcək

    Bakı. 17 avqust. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Gəncə şəhərində vətəndaşlarla görüşəcək. 

    “Report” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, görüş avqustun 22-də saat 13:00-da baş tutacaq. 

    Qəbulda Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı müraciətləri dinləniləcək. 

    Görüşdə iştirak etmək istəyən vətəndaşlar nazirliyin “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

    Qeyd edək ki, qəbula gəlmək istəyənlər üçün zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi