​Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşüb

​Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşüb Müraciətlər əsasən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti və s. məsələlərlə bağlı olub
İKT
28 Avqust , 2015 18:45
​Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşüb

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Gəncədə vətəndaşlarla görüşüb.

"Report" nazirliyə istinadən xəbər verir ki, Gəncə, Samux, Goranboy, Göygöl, Daşkəsən və Kəlbəcərdən olan sakinlərin müraciəti əsasən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi və s. məsələlərlə bağlı olub.

Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb.

Qəbulda iştirak edən vətəndaşlar yerlərdə keçirilən belə görüşlərə görə dövlət başçısına minnətdarlıq ediblər.

Son xəbərlər

Orphus sistemi