Yuxarı
    Bağlamaq

    ​Rabitə və yüksək texnologiyalar naziri Ağsuda vətəndaşlarla görüşəcək

    Ağsu, Şamaxı və Qobustanda əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyəti yoxlanılacaq

    Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov fevralın 20-də Ağsu rayonunda vətəndaşlarla görüş keçirəcək. Saat 10:00-da keçiriləcək qəbulda Ağsu, Şamaxı və Qobustanda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran suallar cavablandırılacaq.

    "Report" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar mincom@mincom.gov.az elektron poçt ünvanı, 16 55 saylı "Qaynar xətt", 598 38 18 nömrəli telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

    Bununla yanaşı, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Ağsu rayonunda 226-50-99, Şamaxı rayonunda 265-15-00, Qobustan rayonunda 245-23-30 nömrəli telefonlara zəng edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi