​Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşları qəbul edəcək

​Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşları qəbul edəcək Qəbulda 7 şəhər və rayondan olan vətəndaşların müraciətləri dinləniləcək
İKT
7 İyun , 2016 18:44
​Rabitə və yüksək texnologiyalar naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Bakı. 7 iyun. REPORT.AZ/ Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 10-da saat 12:00-da Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək.

“Report” Nazirliyə istinadən xəbər verir ki, qəbulda Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Qusar rayonlarında və Sumqayıt şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlər dinləniləcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi” vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Bundan əlavə, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. 

Son xəbərlər

Orphus sistemi