Yuxarı

​Rabitə və informasiya texnologiyaları naziri Fransaya səfər edəcək

Əli Abbasov YUNESKO-nun keçirdiyi Genişzolaqlı Rabitə üzrə Beynəlxalq Forumda iştirak edəcək

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov fevralın sonunda Fransaya səfər edəcək. Bu barədə "Report"a Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib. 

O deyib ki, Ə.Abbasov YUNESKO-nun keçirdiyi Genişzolaqlı Rabitə üzrə Beynəlxalq Forumda iştirak edəcək. Səfirin sözlərinə görə, Fransanın xarici ticarət nazirinin də Azərbaycana səfəri gözlənilir, lakin səfərin dəqiq vaxtı hələ məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi