Rabitə müəssisələrində çalışan işçilərin sayı 2,1 faiz azalıb

Rabitə müəssisələrində çalışan işçilərin sayı 2,1 faiz azalıb Əmək haqqları isə 13,3 faiz artaraq 1069,7 manat təşkil edib
İKT
30 İyun , 2017 19:56
Rabitə müəssisələrində çalışan işçilərin sayı 2,1 faiz azalıb
Report

Bakı. 30 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Bakı şəhərinin nəqliyyat müəssisələrində çalışan işçilərin orta siyahı sayı 51,8 min nəfər olub.

"Report" Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, çalışanların orta aylıq əmək haqqı isə 12,9 faiz artaraq 823,5 manat təşkil edib.

Yanvar-aprel aylarında rabitə müəssisələrində çalışan işçilərin orta siyahı sayı 17,6 min nəfər olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz azalıb, orta aylıq əmək haqqı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,3 faiz artaraq 1069,7 manat təşkil edib.

Bu ilin yanvar-aprel aylarında dövlət sektorunda çalışanların orta aylıq əmək haqqı 746,2 manat, qeyri-dövlət bölməsində çalışan rabitə işçilərinin orta aylıq əmək haqqı isə əvvəlki illə müqayisədə 16,0 faiz artaraq 1421,7 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi