Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı xüsusi tapşırıq verib
İKT
28 Dekabr , 2015 17:47
Rabitə müəssisələri bayram günlərində fasiləsiz işləyəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təmin edilməsinə dair rabitə müəssisələri, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib. 

"Report"un nazirliyə istinadən verdiyi məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə, bütün telekommunikasiya xidmətlərinin fasiləsiz işinin təmin edilməsi, eyni zamanda, abunəçilərin rahatlığı üçün bir sıra əlavə tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi