Ramin Quluzadə: "Regionun ən təhlükəsiz Data mərkəzi Azərbaycandadır"

Ramin Quluzadə: "Regionun ən təhlükəsiz Data mərkəzi Azərbaycandadır" Bakı. 8 iyun. REPORT.AZ/ Yeni Led işıqların hazırlanması istiqamətində uğurlu nəticələr var və sınaqlar həyata keçirilir.
İKT
8 İyun , 2018 12:17
Ramin Quluzadə: Regionun ən təhlükəsiz Data mərkəzi Azərbaycandadır
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Yeni Led işıqların hazırlanması istiqamətində uğurlu nəticələr var və sınaqlar həyata keçirilir".

"Report" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, elmi tədqiqatların aparılması zamanı informasiya təhlükəsizliyi, böyük məlumatların ötürülməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir: "Çünki regionun ən təhlükəsiz Data mərkəzi Azərbaycandadır".

R.Quluzadə bildirib ki, ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya kommunikasiya və yüksək texnologiyalar sahəsi uğurla inkişaf edir: "İnkişaf strategiyasında elm və texnologiyalar aparıcı yer tutur. Qarşıda duran vəzifələrdən biri bu sahədə islahatların genişləndirilməsidir. Ölkədə bu sahədə ciddi addımlar atılır, texnoloji parklar, sənaye zonaları, biznes inkubatorları yaradılır və innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir". 

Son xəbərlər

Orphus sistemi