​Qlobal peyk naviqasiya sistemləri bazarı 300 mlrd. avroya qədər yüksələcək

​Qlobal peyk naviqasiya sistemləri bazarı 300 mlrd. avroya qədər yüksələcək 2015-ci ildə bu bazar 250 mlrd. avro səviyyəsində dəyərləndirilir
İKT
18 Avqust , 2015 22:58
​Qlobal peyk naviqasiya sistemləri bazarı 300 mlrd. avroya qədər yüksələcək

Bakı. 18 avqust. REPORT.AZ/ Qlobal peyk naviqasiya sistemləri bazarı (GNSS) 2015-ci ildən 2020-ci ilədək müddətdə ildə 9% artacaq. "Report" "RUBEJ"ə istinadən xəbər verir ki, "RNCOS" investisiya şirkətinin analitikləri "GPS" (ABŞ), "BeiDou" (Çin), "Galileo" (Avropa), "GLONASS" (Rusiya), QZSS (Yaponiya) və IRNSS (Hindistan) kimi ən iri peyk sistemlərinin bazar göstəricilərini təhlil edərkən bu proqnozu verib.

"RNCOS" ekspertlərinin fikrincə, GNSS-in əsas dünya bazarları ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Yaponiya, Çin, Cənubi Koreya və Hindistan hesab edilir.

Qlobal peyk naviqasiya sistemləri üzrə Avropa Agentliyinin (GSA) məlumatına görə, 2015-ci ildə bu bazar 250 mlrd. avro səviyyəsində dəyərləndirilir. Bu həcm 2023-cü ilədək 300 mlrd. avroya qədər yüksələcək. 

Son xəbərlər

Orphus sistemi