Yuxarı
    Bağlamaq

    ​Qırğızıstanın dövlət kanalı "Azerspace-1" peykindən istifadəyə başlayıb

    Azərkosmos hazırda Qırğızıstanın digər telekanalları ilə danışıqlar aparır

    Bakı. 10 iyul. REPORT.AZ/ Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC və Qırğızıstanın ictimai televiziyası olan KTRK kanalı arasında müqavilə imzalanıb.

    “Azərkosmos”dan “Report”a verilən məlumata görə, müqaviləyə əsasən, Qırğızıstanın KTRK ictimai telekanalı "Azerspace-1" peykinin resurslarından istifadə etməyə başlayıb. Məluamtda bildirilir ki, bu, Qırğızıstan bazarında imzalanan ilk müqavilə olması baxımından “Azərkosmos” üçün əhəmiyyət daşıyır. 

    Qeyd olunur ki, Qırğızıstanın digər kanalları da “Azerspace-1” peykinə maraq göstərir və bu kanallarla müqavilələrin imzalanması üçün hazırda danışıqlar aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi