Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunları "Azerspace-1" peyki vasitəsilə yayımlanacaq

Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunları "Azerspace-1" peyki vasitəsilə yayımlanacaq Bu beynəlxalq yarışlar 6 gün davam edəcək
İKT
2 Sentyabr , 2016 18:50
Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunları Azerspace-1 peyki vasitəsilə yayımlanacaq

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 3-dən 8-dək Qırğızıstanda keçiriləcək II Dünya Köçəri Oyunları “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan “Report”a verilən xəbərə görə, "Azərkosmos" ASC və Qırğızıstanın “Transfer Ltd.” şirkəti arasında imzalanan müqaviləyə əsasən, 6 gün davam edəcək yarışların canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə “Azerspace-1” vasitəsilə çatdırılacaq.

Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Builki oyunlarda Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.

Qeyd edək ki, 2015-ci ildən etibarən Qırğızısatnın KTRK ictimai telekanalı da “Azerspace-1” peykinin resurslarından istifadə edir.

Son xəbərlər

Orphus sistemi