Yuxarı

​Qırğızıstan kanalları “Azərspace-1” peykindən istifadədə maraqlıdır

Hidayət Orucov Qırğızıstanın İctimai Teleradio Yayım Korporasiyanın baş direktoru ilə görüşüb

Bakı. 21 Avqust. REPORT.AZ/ Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ötən gün bu ölkənin İctimai Teleradio Yayım Korporasiyasının (KTRK) baş direktoru İlim Karıpbekov ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı baş direktor ölkəsinin televiziya sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə imzalanması nəzərdə tutulan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğızıstanın İctimai Teleradio Yayım Korporasiyası arasında əməkdaşlıq haqqında saziş layihəsindən söz açılıb və baş direktor sənədin imzalanması üçün hazır olduqlarını bildirib.

Tərəflər Azərbaycan həqiqətlərini Qırğızstanda, Qırğızstan gerçəkliklərinin Azərbaycanda yayılması üçün konkret təklifləri müzakirə edib və ümumi razılığa gəliblər.

Diplomat Azərbaycanda yüksək səviyyədə təşkil olunan İlk Avropa Oyunlarının KTRK-də nümayiş olunduğu üçün baş direktora təşəkkürünü bildirib.

Hidayət Orucov KTRK-nın “Azərspace-1” peykinin resurslarından istifadə etməyə başlaması ilə əlaqədar İ.Karıpbekova təşəkkür edib, Qırğızstanın digər televiziya kanallarının da Azərbaycan peykinə maraq göstərdiyini qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi