Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib.
İKT
24 Oktyabr , 2018 16:16
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib
0 : 00
0 : 00

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) nəqliyyat sahəsi üzrə işçi qrupunun iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, iclasda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya və Bolqarıstandan sahə üzrə məsul şəxslər iştirak edib.

Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nəqliyyat sahəsi üzrə əməkdaşlıq əlaqələri, “Qara dəniz dairəvi avtomobil yolunun inkişaf koordinasiyası”, “Dəniz magistralının inkişafı”, “Yüklərin avtomabil nəqliyyatı ilə daşınmasının asanlaşdırılması” sahəsində anlaşma memorandumlarının qəbul edilməsi və işçi qrupuna nəqliyyat sahəsində çalışan nümayəndələrin təyin edilməsi kimi məsələlər müzakirə olunub.

Bundan başqa, “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə multimodal bərə və sərnişin xətlərinin inkişafı” üzrə Rusiya Federasiyası tərəfindən təklif olunmuş anlaşma memorandumu, eyni zamanda beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olub.

Sonda qərar, qətnamə və tövsiyələrin Xarici İşlər Nazirlər Şurası tərəfindən tətbiq edilməsi qərara alınıb və iclasın hesabatı qəbul edilib.

İclas sabah işini nazirlər toplantısı ilə davam etdirəcək. Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik edəcəyi toplantıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan da iştirak edəcək.

Digər ölkələr isə nazir müavinləri səviyyəsində təmsil olunacaq.

Məlumat üçün bildirək ki, ölkəmiz 1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir.

Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi