Poçt markası müsabiqəsi keçiriləcək

Poçt markası müsabiqəsi keçiriləcək Bu il yanvarın 20-dən fevralın 20-dək “Belarus Respublikasının ən yaxşı poçt markası” müsabiqə-sorğusu keçiriləcək.
İKT
15 Yanvar , 2020 11:05
Poçt markası müsabiqəsi keçiriləcək

Bu il yanvarın 20-dən fevralın 20-dək “Belarus Respublikasının ən yaxşı poçt markası” müsabiqə-sorğusu keçiriləcək.

“Report” bu barədə “Azerpoçt”a istinadən xəbər verir ki, hər kəs bu yarışmada iştirak edə bilər.

Bunun üçün aşağıdakılar tələb olunur:

-  Belpoçta saytının «Филателия»http://www.belpost.by/stamps/best-stamp-2019/ bölməsinə daxil olmaqla, sorğu blankını yükləyərək doldurmaq, sonra isə ən çox bəyənilən poçt markasının və ya poçt blokunun nömrəsini göstərmək, eləcə də [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

- Ölkənin istənilən poçt şöbəsinə baş çəkməli, müsabiqənin şərtləri ilə tanış olmalı və təqdim edilən sorğu blankını doldurmaq lazımdır. Sorğununun üzərinə “Müsabiqə” sözünü qeyd edib, “Marka” Nəşriyyat mərkəzi, RUP “Belpoçta”, pr. Nezavisimost, 10, 220050, Minsk ş. ünvanına göndərməlisiniz.

Qeyd edilən müddət ərzində müsabiqənin sorğu blankını düzgün dolduran və qalib markanın adını bildirən bütün iştirakçılar arasında hədiyyələr oynanılacaq. Hədiyyələr filatelik məhsul dəstləri olacaq.

Xatırladaq ki, ən çox səs toplayan poçt markası və ya bloku qalib hesab ediləcək.

Son xəbərlər

Orphus sistemi