Yuxarı

​Planşetlərin satış həcmi azalıb

Ardıcıl olaraq iki rüb planşetlərə tələbat gözləniləndən az olur

Bakı. 2 sentyabr. REPORT.AZ / Ardıcıl olaraq iki rüb planşetlərə tələbat gözləniləndən az olur. "İDC" şirkətinin analitikləri planşet kompüter və hibrid qurğuların illik satış həcmini 233,1 mln ədədədək azaldıb. Bu, ötən ilin proqnozundan 6,5% çoxdur. Halbuki əvvəllər artım 12,1% səviyyəsində proqnozlaşdırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report" a verilən məlumata görə, dünya bazarında ümumilikdə artımın zəifləməsinə baxmayaraq bir sıra regionlarda müsbət satış dinamikası müşahidə edilir. Şimali Amerika və Qərbi Avropada artım tamamilə dayansa da, dünyada artımın 12% olacağı gözlənilir. Bu, ekran ölçüsü 8 düyüm təşkil edən planşetlər seqmentinə qiymət artımı və inkişaf etməkdə olan ölkələrdə planşetlərin artmaqda olan populyarlığı ilə əlaqədardır. 2014-cü ildə inkişaf etmiş ölkələrin bazarlarında planşetin orta qiymətinin ekran ölçülərinin artması və mobil rabitəni dəstəkləyən planşetlərin yayılması sayəsində 3730 dollar səviyyəsində sabitləşəcəyi halda dünyada qiymət ötən illə müqayisədə 10% azalaraq 302 dollara enəcək.

Belə ki, Asiya - Sakit okean regionunda mobil rabitə üzrə səsli rabitəni dəstəkləyən planşetlərin satışda payı il ərzində 60% artaraq 25% -ə çatıb. Bu regionun istifadəçiləri rabitə və multimedia əlavələri üçün universal qurğuya malik olmaq istəyirlər və bəziləri üçün belə qurğu smartfon yox, planşet hesab edilir

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi