Yuxarı

Pentaqon: Kiberhücumların qarşısını almaq iqtidarında deyilik

ABŞ-ın infrastruktur obyektlerərini kiber zərbələrdən qorumaq olduqca çətin olacaq

Bakı. 15 aprel. REPORT.AZ/ ABŞ, böyük ehtimalla, düşmən kiberhücumlarının qarşısını ala bilməyəcək. "Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Amerika Senatında çıxış edən ABŞ Müdafiə Nazirinin müavini Erik Rozenbah belə deyib.

Onun sözlərinə görə, əyər ABŞ kiber hərhansı zərbəni həyata keçirmək qərarına gəlsə, düşmən tərəfin buna cavab olarak atacağı addımlar Amerikada ciddi fəsadlara səbəb ola bilər. Çünkü ABŞ-ın infrastruktur obyektlerərini qorumaq olduqca çətin olacaq.

E.Rozenbah hesab edir ki rəsmi Vaşinqton "diqqətli siyasət" yürüdməlidir və maksimum dərəcədə kibersahədə qarşıdurmadan uzaq olmalıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi