Bakı. 12 avqust. REPORT.AZ/
RYTN-dən “Report”a verilən məlumata görə, nəqliyyat vasitələrinin şin, akkumulyatorlarla təmini üzrə müvafiq tədbirlər görülür. ERNM-də anten-fider təsərrüfatında profilaktika və tənzimləmə işləri aparılıb.
Əməyin mühafizəsi, təhlükəsizlik, yanğına qarşı görüləcək tədbirlər ilə əlaqədar DRİ-nin struktur bölmələrinə və regional məntəqələrinə baxışlar keçirilib, aşkarlanmış çatışmazlıqlar üzrə lazımi təhlükəsizlik mal-materialları alınaraq, məntəqələrə paylanıb.
İdarəyə məxsus obyektlərin mühafizəsi, obyektlərin yanğınsöndürmə, siqnalizasiya kimi təhlükəsizlik vasitələri ilə təchizi təmin edilir və mütəmadi olaraq nəzarətdə saxlanılır. Köhnə və vaxtı keçmiş yanğınsöndürmə balonları yenisi ilə əvəz edilib.