Ötən il 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

Ötən il 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib Bu da 2015-ci il ilə müqayisədə 6,254 sertifikat sayı çoxdur
İKT
9 Yanvar , 2017 20:09
Ötən il 23 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda elektron imzadan istifadə göstəricisi artıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən xəbərə görə, 2016-cı ildə dövlət qurumlarına 18,470, fiziki şəxslərə 1,400, hüquqi şəxslərə isə 3,170 olmaqla, ümumilikdə 23,040 elektron imza sertifikatı istifadəyə verilib. Bu da 2015-ci il ilə müqayisədə 6,254 sertifikat sayı çoxdur və indiyə qədər verilən elektron imza sertifikatları sayının 23%-ni təşkil edir.

Məlumatda bildirilib ki, elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən bu il yanvarın 1-i tarixinə qədər olan statistikaya əsasən, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 65,982, fiziki şəxslər üzrə 17,210, hüquqi şəxslər üzrə isə 17,024 olmaqla, ümumilikdə 100,216 elektron imza sertifikatı istifadəyə verilib.

Ötən il ərzində dövlət qurumları tərəfindən 7,460,300, habelə hüquqi və fiziki şəxslər tərəfindən 1,339,822 olmaqla, ümumilikdə 8,800,122 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən bugünə qədər aparılan 17,852,793 autentifikasiya və elektron imza əməliyyatlarının 49%-i deməkdir.

Sözügedən dövr ərzində elektron imza kartları vasitəsi ilə portalda ümumilikdə 4,527,251 autentifikasiya qeydə alınıb.

Qedy edək ki, “Elektron imza” kartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur. Ötən il Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən elektron imza sertifikat daşıyıcılarının yeni növü - USB tokenlər də istifadəçilərin ixtiyarına verilib.

Son xəbərlər

Orphus sistemi