Ötən ay “E-Hökumət”də əmək müqaviləsi ilə bağlı xidmətdən 109 737 dəfə istifadə olunub

Ötən ay “E-Hökumət”də əmək müqaviləsi ilə bağlı xidmətdən 109 737 dəfə istifadə olunub Hər bir işçi portalda qeydiyyatdan keçməklə, əmək müqaviləsi və əmək haqqı barədə məlumat ala bilir
İKT
4 Avqust , 2015 19:33
Ötən ay “E-Hökumət”də əmək müqaviləsi ilə bağlı xidmətdən 109 737 dəfə istifadə olunub

Bakı. 4 avqust. REPORT.AZ/ “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” xidmətindən iyul ayı ərzində 109 737 dəfə istifadə olunub.

“Report” “Elektron Hökumət” portalına istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyul ayından başlayaraq əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin formalaşdırılmasına başlanılıb və sistemə əmək müqaviləsi bildirişləri “Elektron Hökumət” portalı vasitəsilə həyata keçirilir.

Qanunvericiliyə əsasən, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. Məhz e-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir.

Hər bir işçi portalda qeydiyyatdan keçməklə, əmək müqaviləsi və əmək haqqı barədə məlumat ala bilir, eyni zamanda, “İş yerinə dair arayış”ı formalaşdırıb aidiyyəti quruma həm elektron, həm də kağız şəklində göndərə bilir.

Qeyd edək ki, “Elektron hökümət” portalı bu gün vətəndaşlara 409 elektron xidmət təqdim edir.

Son xəbərlər

Orphus sistemi