Yuxarı

​Ötən ay "e-gov" portalına 103 min nəfər daxil olub

Bu gün sadələşdirilmiş kod-parol alanların sayı 365 916 nəfərdir və hazırda portal vasitəsi ilə 432 yeni xidmət təşkil olunub

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin dekabrın 1-nə "Elektron Hökumət" portalına daxil olanların sayı (2012-ci ilin dekabrından etibarən) 2 642 978 nəfər olub ki, onlar da ümumilikdə 9 856 018 dəfə portala daxil olublar. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib.

Məlumata görə, istifadəçilər ortalama 5 dəqiqə 22 saniyə sərf edərək ümumilikdə 17 624 184 dəfə elektron xidmətlərə müraciət ediblər. Portala daxil olanların 26,8%-i yeni, 73,2%-i isə təkrar istifadəçilər olub.

Statistik göstəricilərə əsasən, noyabrda portala 103 784 nəfər tərəfindən 327 781 daxilolma qeydə alınıb. Ötən ay ərzində istifadəçilər 699 645 xidmətə müraciət edib ki, bunun üçün də orta hesabla 5 dəqiqə 36 saniyə vaxt sərf ediblər. Sentyabrda portala daxil olan istifadəçilərin 21,1%-i yeni, digər hissəsi isə təkrar istifadəçilər olub.

Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alanların sayı bu gün 365 916 nəfər olub və hazırda portal vasitəsi ilə 432 yeni xidmət təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi