​Ötən ay 48 minə yaxın mobil cihazın IMEI kodu “Elektron hökumət” portalı üzərindən yoxlanılıb

​Ötən ay 48 minə yaxın mobil cihazın IMEI kodu “Elektron hökumət” portalı üzərindən yoxlanılıb Bu elektron xidmətdən istifadədə aktivlik müşahidə olunur
İKT
12 Oktyabr , 2015 10:58
​Ötən ay 48 minə yaxın mobil cihazın IMEI kodu “Elektron hökumət” portalı üzərindən yoxlanılıb

Bakı. 12 oktyabr. REPORT.AZ/Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mobil cihazlarla bağlı daha bir elektron xidmətindən istifadədə aktivlik müşahidə olunub.

RYTN-in mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, “Elektron hökumət” portalı istifadəçiləri sentyabrda “Mobil cihazların IMEI kodunun yoxlanılması” e-xidmətindən 47991 dəfə faydalanıb.

Adıçəkilən xidmət vasitəsi ilə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə edilə bilir. Bunun üçün portalda həmin e-xidməti seçib, telefonun IMEI kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək kifayət edir.

Son xəbərlər

Orphus sistemi