".ORG" zonasında domenlərin sayı 10,4 milyona çatıb

".ORG" zonasında domenlərin sayı 10,4 milyona çatıb Domenlərin sayı 143,5 min və ya 1,4% artıb
İKT
1 Sentyabr , 2014 10:21
.ORG zonasında domenlərin sayı 10,4 milyona çatıb

Bakı. 1 sentyabr. REPORT.AZ / "Public İnterest Registry" şirkəti ".ORG" domeni üzrə ilin birinci yarısına yekun vurub. Belə ki, carı ilin birinci rübündə ".ORG" zonasında domenlərin sayı 143,5 min və ya 1,4% artıb, qeydiyyatdan keçən ümumi domen sayı isə 10,4 milyona çatıb.

Rabitə və Yüksək Texnologiyalar nazirliyindən "Report"a verilən məlumata görə, hesabatda domendə qeydiyyatın uzadılmasının yüksək göstəriciləri qeyd olunur. Qeydiyyatdan keçənlərin 85%-i üçillik fəaliyyətdən sonra ".ORG" zonasında qeydiyyat müddətini uzadır, bir-iki ildən sonra bu göstəricilər müvafiq olaraq 55 və 72,3% təşkil edir. Qeydiyyat müddətinin uzadılması 73,9%-ə bərabərdir.

".ORG" zonasında ənənəvi liderlik edən ABŞ ilə yanaşı, ilk beşlik ölkələrinə Böyük Britaniya, Kanada, Avstraliya və Fransa daxildir. Bundan əlavə, "Public İnterest Registry" mütəxəssisləri domenin Asiya regionunda xüsusilə Çin, Yaponiya və Hindistanda populyarlığının artmasını məmnunluqla qeyd edirlər.

".ORG" un Çin, hindi və rus dillərində olan üç milliləşdirilmiş yüksəksəviyyəli yeni domen versiyalarının da istifadəyə verilməsinin populyarlığın artmasına xidmət edəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi