"Orbitak-ATK" şirkəti Azərbaycan üçün müşahidə peyki üzərində işləməkdə maraqlıdır

"Orbitak-ATK" şirkəti Azərbaycan üçün müşahidə peyki üzərində işləməkdə maraqlıdır Şirkətin vitse-prezidenti: "Layihədə iştirak etmək üçün tenderin elan olunması gözləyirik"
İKT
25 Fevral , 2015 16:48
Orbitak-ATK şirkəti Azərbaycan üçün müşahidə peyki üzərində işləməkdə maraqlıdır

Əbu-Dabi. 25 fevral. REPORT.AZ/ “Bizim “Azerispace-1” peyki layihəsi ilə əlaqədar “AzərKosmos” ilə olan təcrübəmiz çox məhsuldar olub”. "Report"un məlumatına görə, bunu Əbu-Dabiyə ezam olunmuş Azərbaycan müxbirlərinə IDEX-2015 sərgisi çərçivəsində “Azerispace-1” peykinin istehsalçısı olan “Orbitak-ATK” şirkətinin (ABŞ) vitse-prezidenti Məhəmməd Xan deyib.

“Azerispace-2” layihəsi və onun əvvəlki layihədən fərqi barədə danışan M.Xan deyib ki, hazırda şirkət Azərbaycandan tələblər siyahısını gözləyir və sonradan layihə üzərində işə başlayacaq.

M.Xan onu da qeyd edib ki, şirkət Azərbaycanla müşahidə peyki üzərində işləməkdə maraqlıdır: “Biz layihədə iştirak etmək üçün tenderin elan olunması xəbərini gözləyirik”.

Azərbaycanla əməkdaşlıq perspektivləri barədə danışan "Orbital-ATK" şirkətinin rəsmisi bildirib ki, şirkət “AzərKosmos”un imkanlarını genişləndirmək üçün bu əməkdaşlıqda maraqlıdır: “Biz əməkdaşlıq üçün tamamilə açığıq”.

Son xəbərlər

Orphus sistemi