Yuxarı
    Bağlamaq

    Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

    Kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb© Report

    Bakı. 21 avqust. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun aprelin 10-da elan etdiyi növbəti qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub. 

    Nazirlikdən "Report"a daxil olan məlumata görə, kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb. 

    Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim ediləcək. Şuranın növbəti iclasının yaxın vaxtlarda keçiriləcəyi gözlənilir.

    Qeyd edək ki, müsabiqə çərçivəsində Fonda 172 layihə təqdim edilib. Təqdim edilmiş layihələrin ilkin ekspertizası zamanı qrant müsabiqəsinin prioritet istiqamətinə uyğun olmayan 22 layihə kompleks ekspertiza mərhələsinə qəbul edilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi