Yuxarı

"NETTY 2016" mükafatı üçün namizədlərin seçilməsi mərhələsi başa çatıb

Nazimədlərdən ikisi ASAN İmza texnologiyası ilə inteqrasiya edilib

Bakı. 11 may. REPORT.AZ/ “NETTY 2016” İnternet Mükafatının “İlin IKT hadisəsi” nominasiyası üzrə namizədlərin seçilməsi mərhələsi başa çatıb. 

"B.EST Solution" şirkətindən "Report"a verilən məlumata görə, cari ildə qeyd edilən nominasiya üzrə qaliblər aşağıdakı namizədlər arasından seçiləcək:

  • 1. Dövlət Gömrük Komitəsi: malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi sistemi;
  • 2. “Eurodesign” şirkəti: "Bakı-2015" – İlk Avropa Oyunlarının IT infrastrukturunun yaradılması layihəsi;
  • 3. “Azərbaycan Qadınları İKT-də - Femmes Digitales" Klubu;
  • 4.“Microsoft Imagine Cup 2015” layihəsi: Azərbaycandan olan komandanın “İnnovasiyalar” kateqoiyası üzrə ikinci yerə layiq görülməsi;
  • 5. “Accessbank” QSC: “myAccess” layihəsi;
  • 6. WOWOMAN: “Tech Tech Xanım” layihəsi;
  • 7. Azərbaycan Dövlət Neft Şirkəti: SAP texnologiyası bazasında vahid idarəetmə platforması;
  • 8. Qafqaz Universiteti: “EQUE” elektromobilləri.

Qeyd edək ki, sadalanan nazimədlərdən ikisi – Dövlət Gömrük Komitəsinin sistemi və “Accessnank”ın internet bank platforması “ASAN İmza” texnologiyası ilə inteqrasiya edilib və elektron xidmətlərin göstərilməsi prosesində mobil elektron imzadan istifadə edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi