Yuxarı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin çağrı mərkəzinin əməkdaşlarının peşəkarlığı artırılır

​NRYTN-nin çağrı mərkəzinin əməkdaşlarının peşəkarlığı artırılır

Bu gün Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə sistem inteqratoru “Kibrit.tech” MMC tərəfindən “Müasir çağrı mərkəzlərinin təşkili” mövzusunda konfrans keçirilib. 

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Konfransın təşkilində məqsəd çağrı mərkəzlərinin fəaliyyətinin qurulması sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.

Tədbirə müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri qatılıblar. Konfransda Vergilər Nazirliyinin Çağrı Mərkəzinin, “Digital Services Company” MMC-nin, “AVAND Technology” MMC-nin və “Tandem” MMC-nin müştəri xidmətləri üzrə mütəxəssisləri çıxış ediblər.

Çıxışlarda çağrı mərkəzlərinin müsbət rolundan danışılıb, onların düzgün və peşəkar şəkildə təşkilinin vacibliyi vurğulanıb. Çıxışçılar eyni zamanda bu sahədə tətbiq olunan yenilikləri diqqətə çatdırıblar.

Sonda “Kibrit.Tech” MMC tərəfindən çağrı mərkəzlərinin işinin düzgün qurulması üçün vacib alət olan “Orangeline” Çağrı Mərkəzi İdarəetmə Sistemi nümayiş etdirilib. Konfrans iştirakçıları canlı rejimdə daxil olan müraciət və sorğuların real vaxtda qəbul, qeydiyyat və emalı prosesini izləyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi