Yuxarı

Nazirlik: Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, hazırda həmin rayonların sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi