Nazirlik: Rabitənin işi ilə bağlı heç bir şikayət yoxdur

Nazirlik: Rabitənin işi ilə bağlı heç bir şikayət yoxdur Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qəza xidmətləri yaradıb
İKT
9 Yanvar , 2015 10:44
Nazirlik: Rabitənin işi ilə bağlı heç bir şikayət yoxdur

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan ərazisində güclü qarın yağması ilə əlaqədar rabitə obyektlərinin işində hər hansı problemin yaranması ilə bağlı heç bir şikayət daxil olmayıb. Bunu "Report"a açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib. 

Onun sözlərinə görə, qış mövsümünə hazırlıqla əlaqədar olaraq, hələ bir neçə ay öncədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. 

"Nazirlikdə qış mövsümünə hazırlıqla əlaqədar olaraq hələ bir neçə ay öncədən tədbirlər planı hazırlanıb, növbətçilər müəyyən edilib və qəza xidmətləri yaradılıb. Bu tədbirlər həm paytaxt, həm də regionları əhatə edir. Bu günə qədər hələlik heç bir şikayət daxil olmayıb. Əgər rabitə sahəsində hər hansı problem yaranarsa, operativ şəkildə onu həll etməyə hazırıq", - deyə M.Əmirov bildirib.

Son xəbərlər

Orphus sistemi