Nazir Ramin Quluzadənin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Nazir Ramin Quluzadənin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib Bakı. 16 yanvar. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
İKT
16 Yanvar , 2019 12:06
Nazir Ramin Quluzadənin Xızıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə / Report/ Elchin Murad

Bakı. 16 yanvar. REPORT.AZ/ Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 18-də Xızı şəhərində vətəndaşlarla keçirilməsi nəzərdə tutulan görüşünün vaxtı dəyişdirilib. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazir vətəndaşları yanvarın 24-ü saat 12:00-da Xızı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012-598-38-18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Son xəbərlər

Orphus sistemi