Yuxarı

Nazir: "Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəqəmsal yayıma keçidə tam hazırdır"

Milli Teleradio Şurası buna hazır olandan sonra Nazirlik analoq yayımı dayandıracaq

Bakı. 27 avqust. REPORT. AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə analoq televiziya yayımını dayandıraraq tam rəqəmsal yayıma keçidə texnoloji baxımdan hazırdır.

"Report" xəbər verir ki, bu haqda rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. 

Analoq yayımın ölkədə dayandırılması və tamamilə rəqəmsal yayıma keçməsini Milli Teleradio Şurası tərəfindən tənzimləndiyini xatırladan nazir əlavə edib ki, Milli Teleradio Şurası bunun mənfi və müsbət tərəflərini, abunəçilər üçün problem yaradan məqamları təhlil edib, bu işə hazır olandan sonra Nazirlik bu yayımı dayandıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi