Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub"

Nazir müavini: "Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub" Bu sahəyə investisiya qoyuluşu təqribən 2 mlrd. manat təşkil edib
İKT
14 Dekabr , 2016 17:56
Nazir müavini: Bu il rabitə və informasiya texnologiyaları sektonun gəlirləri 1,171 mlrd. manat olub

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün “Caspian European Club”un ("Сaspian Business Club") təşkilatçılığı ilə Bakıda Azərbaycanda İKT sektorunun inkişafına həsr olunmuş biznes-forum - “Caspian Energy Forum 2017” keçirilib. 

"Report" xəbər verir ki, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu ilin 9 ayında təmsil etdiyi sektorun gəlirləri təqribən 1,171 mlrd. manat təşkil edib. 

“Bu ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) 1,8%-i, qeyri-neft sektoru üzrə ÜDM-in isə 2,9%-i deməkdir. Rabitə və yüksək texnologiyalar sahəsində əldə edilmiş gəlirlərin 81%-i özəl sektorun payına düşüb. Bu sahəyə investisiya qoyuluşu 2 mlrd. manat ətrafında olub. Bu il Azərbaycanda İKT sahəsində bir neçə strateji sənəd qəbul edilib” - E.Vəlizadə qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda internet istifadəçiləri ölkə əhalisinin 77%-ni təşkil edir: “Onlardan 72%-i genişzolaqlı rabitə xidmətlərinin istifadəçiləridir. Hər yüz nəfərdən də təqribən 112-si mobil telefon istifadəçisidir. Bu, ən təqdirə layiq məqamdır”.

E.Vəlizadə vurğulayıb ki, İKT ilə Azərbaycanın beynəlxalq hesabatlarda da mövqeyi yüksək qiymətləndirilib: “Bütün beynəlxalq qurumların hesabatlarında Azərbaycanın İKT sahəsinin inkişaf dinamikası öz əksini tapır. Hər il bu sahənin göstəriciləri artır”.

“Elektron Hökümət portalından istifadə sayı bu ilin əvvəlində 18 mln. olduğu halda, hazırda bu rəqəm 35 mln.-a yaxınlaşır. Bir il ərzində bu göstərici iki dəfəyə yaxın artıb. Ölkə üzrə 1,3 mln. vətəndaş bu xidmətdən istifadə edib. Hazırda dövlət başçısının tapşırığı, fərmanları əsasında bir neçə yeni yaradılacaq informasiya sisteminin portala qoşulması nəzərdə tutulur” - nazir müavini əlavə edib.

Son xəbərlər

Orphus sistemi